AXCP sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mia.az teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə N. Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Tağıyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham edilir.
İttihama görə, o, ev alqı-satqısında vasitəçiliklə məşğul olarkən mənzil satışı adı ilə Nicat adlı şəxsdən 71 min manat alıb, lakin vədinə əməl etməyib.