"Əziz dostlar, 5-cu gündən başlayan və 1 gün fasiləsiz davam edən güclü yağış bir çox fəsadlar törətdi. Təbii hadisədir, dünyanın hər yerində belə hadisələr olur və bir çox hallarda həmin gün hər kəsin dadına yetişmək texniki olaraq mümkün olmur. Ancaq srağagün səhərdən etibarən yağış dayanıb, günəşli havadır və heç bir bəhanə qalmayıb. Odur ki, hər şeyi olduğu kimi demək lazımdır...".
Mia.az xəbər verir ki, bunu jurnalist Səbuhi Abbasov Feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, Binəqədi İcra Hakimiyyəti və rayonun başçısının rayondan xəbəri yoxdur:
"Sözümün canı odur ki, Binəqədi icra başçısı ilə əlaqəsi olan varsa, zəhmət olmasa desin ki, eyş-işrətdən başını açsın, rayonun yarısı su altındadır, millət özü öz başına çarə qılmağa çalışır, rayon avtopilot rejimdədir. Nə FHN-nin, nə də ADSEA-nın Binəqədi rayon idarələri yaralı barmağa tibii xidmət edə bilmirlər. Təsəvvür edin, nə yağış var, nə sel, ancaq evlərimiz bu gün də suyun altında qalıb. Səbəb sadədir, kanalizasiya sistemləri bağlıdır, işləmir. 6-cı günü başa düdük, nə dünən, nə bu gün FHN qaynar xəttinə düşmək olmur. Üç günlük xahiş minnətdən sonra ADSEA 5-lik mator gətirib, qırıq-salxaq, benizinləri də yox. Özüm gedib su nasoslarını almışam, hər şeyin xərcin də çəkirik, amma hara göndərək suyu, necə edək, heç kim, heç nə bilmir, heç özləri də...
Bu qədər məmur məsuliyyətsizliyi, həyasızlığı dünyanın heç bir ölkəsində yoxdur. İki il öncəki daşqından sonra ciddi tədbirlər görülməli, addımlar atılmalı idi. Keçən dəfə 10 min manatdan çox zərər gördüm, bu dəfəki ziyan az qala 30 min manata çatır. Ayıb deyil, utanmırsız? Necə olur Kəmaləddin Heydərovun Dubaydakı göydələnini dron vuran kimi, 1 gecəyə təyyarə oğlunu Bakıya çatdırır, ancaq Bakının mərkəzində, onlarla insan, uşaq, qadın, xəstə qalıb suyun ortasında, heç hay verən də yoxdu.
Dəfələrlə Cənab Prezident də bu barədə aidiyyatı qurumlara iradlarını bildirib, tapşırıqlarını verib. Görünən odur ki, dərs çıxarılmayıb. Vəzifə səlahiyyətlərindən sui istifadə edənlərdən dərs çıxarmamağın cəzası necə olur, onu da görmüşük...".
Samir
MİA.AZ