"Hörmüz boğazından keçməyə çalışan ABŞ və İsraillə əlaqəli iki gəmi raketlərlə vurulub".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İran İnqilab Keşikçiləri Korpusu yayıb.
Qeyd edilib ki, ABŞ və tərəfdaşlarının keçidi tamamilə bağlıdır: "Sionist rejiminə məxsus və Liberiya bayrağı altında üzən "Express Rome" gəmisi, Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, Hörmüz boğazından qanunsuz keçməyə cəhd edib. Bu səbəbdən səhər İran raketləri ilə vuruldu. Bir neçə saat əvvəl isə "Mayuree Naree" konteyner gəmisi də İran qırıcıları tərəfindən vurulub. Hər kəs bilsin ki, Hörmüz boğazı İranın tam nəzarəti altındadır və "Aerika təcavüzkarlarının və onların tərəfdaşlarının oradan keçmək hüququ yoxdur".
Tahir Şəlvəli
MİA.AZ