"İran "Sadiq vəd 4" əməliyyatının 37-ci dalğası çərçivəsində müharibə başlayandan bəri düşmən bazalarına ən böyük zərbəsini endirib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İnqilab Keşikçiləri Korpusunun dövlət televiziyasında yayılan bəyanatında bildirilib.

Bəyanatda deyilir: "Tel-Əvivin cənubundakı peyk rabitə mərkəzini, Qərbi Qüds və Hayfadakı hərbi mərkəzləri, Ərbildəki ABŞ hədəflərini və bölgədəki 5-ci Dəniz Donanmasını ikinci dəfə hədəf alan 37-ci əməliyyat dağlğası hücumların başlanğıcından bəri ən ağır və ən şiddətli əməliyyat oldu. 3 saatdan çox davam edən əməliyyatda iki tonluq ballistik döyüş başlığı olan Xorrəmşəhr raketindən də istifadə olunub..."

Bəyanatda qarı tərəfə böyük zərbə vurulduğu iddia olunub.

Tahir Şəlvəli

MİA.AZ