ABŞ-İsrail tandemi bu gün Tehran və Əlborz əyalətlərindəki neft anbarlarına zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu faktı İran Milli Neft Emalı və Paylama Şirkəti təsdiqləyb.
Bildirilib ki, Tehran və Əlborz əyalətlərindəki vurulan neft anbarlarında ehtiyat yanacaq minimm səviyyədə olub: "Tehran və Əlborz əyalətlərindəki bəzi neft anbarları raket hücumlarına məruz qalıb. Hücumdan əvvəl anbarlardakı ehtiyatları minimuma endirmək üçün lazımi tədbirlər görülmüşdü. Hər iki əyalətdə digər mənbələrdən yanacaq təchizatı fasiləsiz təmin edilir"
Məlumatda deyilir ki, yanğınsöndürmə briqadaları anbarlardakı yanğınları söndürməyə çalışırlar
Fars Xəbər Agentliyi yazır ki, Tehran və Kərəcdəki üç neft anbarı da vurulub.
Bildirlib ki, ran ordusu buna cavab olaraq İsrailin Hayfa bölgəsində neft emalı zavodu və anbarlarına ballstik raketz zərbəsi endirib.
Tahir Şəlvəli
MİA.AZ

