Türkiyə Futbol Federasiyası (TFF) Ziraat Türkiyə Kubokunun formatına dəyişiklik edib.

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, dəyişikliyə əsasən, gələn mövsümdən, yəni, 2026-27 mövsümündən etibarən pley-off sistemi ilə kubok matçları oynanılacaq.

TFF-dən bildirilib ki, Türkiyə Kuboku 5 pley-off mərhələsi, 1/8 final mərhələsi, 1/4, 1/2 və finaldan ibarət olacaq: "Yarımfinal matçları iki oyunlu (ev v səfər matçları) pley-off sistemi ilə, digər raundlar isə təkmatçlı pley-off sistemi ilə keçiriləcək. 

Pley-off mərhələləri və final mərhələsi ümumilikdə 10 kubok həftəsində yekunlaşdırılacaq"

Fərid ASLAN

MİA.AZ