İsrail İranın bu gün Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumlarını pisləyib.

Mia.az xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel “X” sosial media platformasında paylaşım edib: “Ayətullah rejimi qonşu ölkənin mülki hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib. Bu isə artıq onun maskasının düşməsinə dəlalət edir. Tehrandakı rejim daha proksi qüvvələrinin arxasında gizlənmir, birbaşa özü hücum edir və xaos yayır. Dünya onu dayandırmayana qədər İran dayanmayacaq”.