İran ordusu dünən Türkiyə hava məkanında zərərsizləşdirilən ballistik raketlə bağlı ilk açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İran Baş Qərargahı qısa və konkret məlumat yayıb.
Məlumatda Türkiyənin dost və qardaş ölkə olduğu bildiruilib və qeyd edilib ki, o raket Türkiyəyə atılmayıb: "Biz Türkiyə ərazisinə raket atmadıq. Türkiyənin suverenliyinə hörmət edirik".
Xatırladaq ki, İrandan atılan ballistik raket Türkiyə hava məkanında NATO tərəfindən vurulub. Vurulan raketin bəzi hissələri Hataya, digər hissəsi isə Suriyanın Qamışlı bölgəsinə düşüb.
Firudin Səfərli
MİA.AZ