İsrail Baş naziri Netanyahu İranın dini lideri Əli Xameneinin aqibəti barədə dünyanın maraqla gözlədiyi açıqlama verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İrana hücumların davam edəcəəyini deyib: "Xameneinin iqamətgahını bu gün dağıtdıq. O, ölmüş ola bilər. Onun artıq yaşamadığına bir çox əlamət var...".
Netanyahu əlavə edib ki, əməliyyat lazım olduğu qədər davam edəcək: "Səbrli lmalıyıq. Müharibə əsl sülh gətirəcək".
İran XİN başçısı isə Ayətullah Əli Xameneinin öldürüldüyünü təkzib edib.
İran mediası isə Xameneinin gəlini və kürəkəninin isə öldürüldüyünü açıqlayıb.
Samir MUSAYEV
Mia.az