Şamaxı rayonunda zəlzələ olub.

Mia.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirib ki, yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə 3,9 maqnitudada zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 2 kilometr dərinlikdə gerçəkləşib.

Təbiət hadisəsi episentrə yaxın yaşayış kəndlərində 3-4 bala qədər hiss olunub.