Rumıniya millisinin 80 yaşlı məşhur baş məşqçisi Mirça Luçesku səhhətindəki problemlər davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu səbəbdən onun 2026-cı il Dünya Kubokunun pley-off yarımfinalında martın 26-da Türkiyə ilə oyunda komandasının başında olması çətin görünür.
Rumıniya mətbuatı yazır ki, 80 yaşlı məşqçi ilə bağlı son qərarı Rumıniya Futbol Federasiyası verəcək: "Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku səhhətindəki problemlərə görə çətin günlər keçirir. Bir ay ərzində üçüncü dəfə xəstəxanaya yerləşdirilən təcrübəli məşqçi 9 fevralda evə buraxılıb. O, iki gün əvvəl növbəti müayinə üçün Belçikaya gedib".
Türkiyə və Rumıniya 26 martda qarşılaşacaqlar. Cütün qalibib finalda Slovakiya və Kosovo matçının qalibi ilə üz-üzə gələcək.
Fərid ASLAN
MİA.AZ