Bu gün Efiopiyaya səfər edən Türkiyə pezident Rəcəb Tayyib Ərdoğan orada bir çox görüşlər keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər arasında yeni sənədlər imzalandıqdan sonra Ərdoğan Efiopiyanın Baş naziri Abiy Əhməd Türkiyənin yerli istehsalı olan "Togg" elektrik avtomobilini bağışlayıb.

Prezident Ərdoğan Əhmədə Milli Sarayın həyətində bir müddət Togg avtomobili sürərkən yoldaşlıq edib.

Hüseyn Namazov

MİA.AZ