Bakının Nizami rayonu ərazisində daha bir restoran tikintisi narazılıq yaradıb.

Mia.az xəbər verir ki, bu barədə AzTimes saytının rəhbəri Pərvin  Abışova saytın tiktok-dakı hesabında video paylaşıb.

O bildirib ki, rayonun Məmmədəli Şərifli küçəsi 92-də restoran tikintisi zamanı ərazidəki ağaclar yoxa çıxarılıb. Yəni, kəsilib, yerində isə tikinti aparılıb 

Jurnalistin iddiasına görə, "Şəms" adlı restoran Şakir adlı vəzifəli şəxsə məxsusdur.

Mia.az görüntüylə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırdır.

Samir

MİA.AZ