Türkiyə liqasında futbolçular arasında əlbəyaxa dava düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Regional Həvəskarlar Liqasının 4-cü Qrupunda "Merzifonspor"la "Bartınspor" arasındakı oyundan sonra oyunçular arasında mübahisə davaya çevrilib.

Məlumata görə, Amasya təmsilçisi "Merzifonspor"un evdə "Bartınspor"a 1-0 hesabı ilə məğlub olması futbolçuları daha da qəzəbləndirib: "Matçdan sonra oyunçular arasında mübahisə davaya çevrilib. Təpik və yumruqların havada uçuşduğu əlbəyaxa davada "Bartınspor"un üç oyunçusu ağır zərbələr alıb".

Məlumata görə, hər iki komandanın oyunçuları və məşqçi heyətinin qatıldığı davanı polis çətinliklə sakitləşdirib: "Davada "Bartınspor"un kapitanı Emre Yüksektepe üz və başından aldığı zərbələrlə qan içində qalıb. O, polis nəzarətiylə xəstəxanaya aparılıb".

Fərid ASLAN

Mia.az