"Rusiya ilə ABŞ arasında indiyə qədər ikitərəfli münasibətlər, eləcə də Ukrayna məsələsi ilə bağlı müxtəlif formatlarda dialoqun bərpasından başqa heç bir konkret nəticə əldə etməmişik. Ümid edirəm ki, ABŞ ilə dialoq iqtisadi sahədəki layihələr də daxil olmaqla əhəmiyyətli inkişaflara səbəb olacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışda deyib.

Onun sözlərinə görə, ABŞ milli təhlükəsizlik strategiyasını yeniləyib: "Bu strategiyada Rusiya düşmən kimi deyil, potensial tərəfdaş ölkə kimi göstərilir. Bu, özlüyündə yaxşı bir şeydir".

Lavrov daha sonra ABŞ-ın özündən uzaq bölgələrdə mövcudluğunu qorumaq cəhdlərinə eyham vurub: "Amerikalı tərəfdaşlarımızla təmaslarımızda qarşılıqlı hörmət çərçivəsində işləməyin vacib sayırıq. Biz hələ Tramp administrasiyası ilə strateji məsələlər üzrə dialoqa başlamamışıq. Biz buna hazırıq. Amerikalılar hələ də bunu nəzərdən keçirirlər, amma biz həmişə belə bir dialoqa açığıq. Dialoq vaxtı gəldi. Əgər amerikalı həmkarlarımız strateji sabitlik sahəsində əməkdaşlığı davam etdirmək öhdəliklərini təsdiqləsələr, biz yeni bir razılaşma üzərində fəal şəkildə işləyəcəyik".

Samir MUSAYEV

MİA.AZ