İngiltərə Premyer Liqasının 25-ci turunda derbi keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər xəbər "Mançester Siti" 1-0 hesabı ilə geriyə düşdüyü  "Liverpul"u səfərdə 2-1 hesabı ilə məğlub edib.

Məlumata görə, ilk hissə qolsuz başa çatan oyunun 74-cü dəqiqəsində "Liverpul" Dominik Şoboslainin qolu ilə hesab açsa da, "Mançester Siti" 84-cü dəqiqədə Bernardo Silvanın qolu ilə tarazılğı bərppa edib. "Siti" 90+3-cü dəqiqədə penaltidən qələbə qolunu vurub - 1:2.

Onu da qeyd edək ki, "Liverpul"un yeganə qolunun müəllifi Dominik Şoboslain 90+13-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Bu nəticə ilə "Mançester Siti" xalını 50-yə yüksəldib. "Liverpul" isə 39 xalda qalıb.

Fərid ASLAN

mia.az