"Fənərbağça" mövsümün sonunda müqaviləsi başa çatacaq braziliyalı futbolçu Anderson Talisca ilə müqaviləni yeniləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər xəbər verir ki, klub Taliskanın müqaviləsini 2027-2028 mövsümünün sonuna qədər uzadıb.

Məlumata görə, onun illik maaşı əvvəllər 12 milyon avrodan 5,5 milyon avroya endirilib.

Bildirilir ki, bu mövsüm Taliska "Fənərbaxça"da 33 oyun keçirib, 19 qol vurub və 4 məhsuldar ötürmə edib.

Fərid ASLAN

mia.az