Azərbaycan Tibb Universiteti üçün tələb olunan foto və səs avadanlıqlarının satın alınması planlaşdırılır.

Mia.az xəbər verir ki, sözügedən satınalma çərçivəsində tədris, elmi və rəsmi tədbirlərin yüksək səviyyədə təşkili məqsədilə müxtəlif növ foto və səs avadanlıqlarının əldə edilməsi nəzərdə tutulur.

Satınalma üzrə ehtimal olunan dəyər 536.755,10 manat təşkil edir.

Qeyd edək ki, bu cür avadanlıqların alınması universitetdə keçirilən konfransların, təqdimatların və digər tədbirlərin texniki təminatının gücləndirilməsinə xidmət edir. /32gun.az/