ABŞ-nin vitse-prezidenti Cey Di Vens 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.
Bu barədə Vensin mətbuat katibi Azadlıq Radiosuna açıqlamasında deyib.
Cey Di Vens fevralın 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində isə Azərbaycana səfər həyata keçirəcək.
Qeyd edək ki, ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Cey Di Vensi müşayiət edəcək.
***
ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycana səfərə hazırlaşır.
Mia.az xəbər verir ki, amerikalı rəsmilər fevralın 9-11-də İtaliyanın Milan şəhərinə, oradan Ermənistana və Bakı şəhərinə gələcəklər.