Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifədən azad edilib.

Qeyd edək ki, S.Məmmədov həmin vəzifəyə 2017-ci il dekabrın 21-də təyin olunmuşdu.

Digər sərəncamla Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin olunub.

Yeni sədr 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. 2001–2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009–2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013–2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Ailəlidir, iki övladı var.