Məşhur müğənni Vüqar Muradov Dövlət Gömrük Komitəsinə müraciət edib.

Mia.az Ölkə.az-a istinadla xəbər verir ki, ifaçı xaricdən sifariş etdiyi məhsulların gömrükdə qalmasından gileylənib:

“20 gündən çoxdur paltarlarım gömrükdə ilişib qalıb. Nədir problem, deyin, bilək? Dövlət Gömrük Komitəsi, mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz, nahaq yerə əziyyət çəkməyin, verin paltarlarımı..”, - deyə o yazıb.

Qeyd edək ki, son vaxtlar “Temu”dan edilən sifarişlərin gömrükdə ilişib qalması barədə çoxsaylı şikayətlər yayılır. Məhsul Çindən Azərbaycana 8-10 günə çatsa da, gömrükdə günlərlə qaldığı bildirilir.