Bu gün Pakistanın paytaxtı İslamabadda məsciddə cümə namazı zamanı bomba partladılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əraziyə polis və xilasetmə qrupları göndərilib.

İlkin məlumata əsasən, hadisə zamanı 24 nəfər həlak olub, 100 nəfər yaralanıb.

Hücuma görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Tahir Şəlvəli

MİA.AZ