Britaniya Nigeriyaya təzminat ödəyəcək.

Mia.az xarici mətbuata xəbər verir ki, bu barədə Nigeriyanın Enugu əyalətindəki məhkəmə qərar çıxarıb.

Hakim Entoni Onovonun qərarına əsasən, Britaniya Nigeriyada 1949-cu ildə həlak olan 21 kömür mədənçisinin ailələrinə 420 milyon funt sterlinq təzminat ödəməlidir: "Bundan başqa, Britaniya hökumətinin üzərinə ölən şəxslərin ailələrindən yazılı üzr tələbi qoyulub".

Məhkəmə qərarına görə, kompensasiya 90 gün ərzində ödənilmlidir.

Xatırladaq ki, 18 noyabr 1949-cu ildə Nigeriyanın Şərq Bölgəsindəki o vaxtkı Britaniya tərəfindən idarə olunan inzibati mərkəz olan Enuqudakı İva Vadisi Kömür Mədənində mədənçilər sərt iş şəraitinə, irqi əmək haqqı bərabərsizliyinə və ödənilməmiş əmək haqqına etiraz ediblər. Tələbləri yerinə yetirilmədikdə, mədənçilər aksiya keçiriblər, mədən sahəsini tərk ediblər. Britaniyalılar isə o vaxt mədənçiləri atəşə tutub. Nəticədə 21 mədənçi həlak olub, 51 nəfər yaralanıb.

Firudin Səfərli

MİA.AZ