Dünyanın diqqəti ABŞ və İran arasında danışıqlara kökləndiyi bir anda Tehrandan gözlənilməz həmlə gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Xarici işlər naziri Arakçi ABŞ-la danışıq üçün Omana yola çıxdığı ərəfədə İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində - elə Oman sahillərində sürətli əməliyyyata imza atıb.
Məlumata görə, SEPAH əməliyyatla iki nəhəng xarici neft tankerini ələ keçirib: "İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində 1 milyon litrdən çox qaçaqmal yanacaq daşıdığı iddia edilən iki tankeri ələ keçirib. Həmin tankerlərin 15 xarici heyət üzvü də saxlanılaraq güclü mühafizəylə İran limanına aparılıblar".
İran dövlət televiziyasına danışan İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin 2-ci Regionunun komandanı Haydar Honarian Mojarred faktı təsdiqləyib: "Əməliyyat çox uğurlu həyata keçirilib".
O, tankerlərin hansı ölkəyə aid olduğunu söyləməyib.
Tahir Şəlvəli
MİA.AZ