Ziraat Türkiyə Kubokunun qruplar üzrə 3-cü oyununda "Beşiktaş" səfərdə "Kocaelispor"la bacarmayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu heç-heçəyə razılaşıb - 1:1.
Oyundan sonra "Beşiktaş"ın futbolçusu Yasin Özcan deyib: "Bu komandada bu gün İlk oyunumu oynadığım üçün çox xoşbəxtəm. Lakin cəmi 1 xal qazandığımız üçün kədərliyəm. "Beşiktaş" hər matçda 3 xal qazanmalıdırr. Təəssüf ki, penaltidən qol buraxdıq. Artıq geriyə deyil, önə baxacağıq"
Fərid ASLAN
MİA.AZ