Ağcəbədidə 7 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.
***
Ağcabədi rayonunda 7 uşağa çoxlu bıçaq zərbələri vurulub.
Mia.az xəbər verir ki, hadisə rayonun Aşağı Avşar kəndində baş verib.
Kənd sakini olan azyaşlı P.M. (ad şərtidir) müxtəlif nahiyələrdən bıçaq xəsarətləri alıb. Yaxınları onu dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır/Qafqazinfo.