Xaçmaz rayonu, Nərəcan kəndində dəmir yolu xəttinə çıxan avtomobili qatar vurub.

Mia.az xəbər verir ki, nətiicədə "VAZ-21011"markalı avtomobilin sürücüsü, Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.