ABŞ prezidenti Donald Tramp pedofil milyarder Ceffri Epşteyn işi ilə bağlı keçmiş prezident Bill Klintonun istintaqa cəlbinə reaksiya verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə "NBC Nightly News" müsahibəsində söz açıb.
Tramp bildirib ki, ABŞ-ın sabiq prezidenti Klintona qarşı araşdırma xoş deyil: "Kiminsə Bill Klintona qarşı tədbir görməsi məni narahat edir. Mən onu bəyənirəm, hələ də ona hörmətim çoxdur. Klintonun da mənə yanaşması müsbətdir. İndi ona qarşı aparılan istintaq keçmişdə mənə qarşı aparılan qondarma istintaqları xatırladır. Bu cür proseslər insanları yorur".
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton, ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Epşteyn işləri ilə bağlı araşdırmasının bir hissəsi olaraq ifadəyə çağırılıblar.
Bill Klintonun 27 fevralda video bağlantı vasitəsilə qapalı iclasda, 26 fevralda isə Hillari Klintonun ifadə verəcəyini açıqlanıb.
Samir Musayev
MİA.AZ