"Baku Elektroniksdən 8 ay əvvəl aldığımız kombi bu günə qədər normal işləməyib. Gələn gündən nə düz-əməlli isti su verib, nə de qış boyu evimizi isidə bilib. Satış zamanı “qızıl zəmanət” deyə-deyə göyə qaldırılan məhsul ancaq istifadədə sadəcə vaxtımızı, əsəblərimizi və enerjimizi alır".

Mia.az xəbər verir ki, bu sözləri  Space TV-nin aparıcısı Amil Xəlil sosial media səhifəsində yazıb.

Onun sözlərinə görə, hər həftə servisdən bir usta gəlir:

"Gəlir, problemi açıq şəkildə qəbul edir, sonra da kombinin bir detalını çıxarıb baxır vəə gedir. Nəticə dəyişmir. Kombi düzəlmir. Sanki məhsul təmir olunmur yavaş yavaş sökülür. Test edirlər  Servisə zəng edəndə isə ayrı bir hoqqa başlayır. Bəzən 10 dəfə yığırsan, cavab verən olmur. Gəlməli olduqları vaxtda gəlmirlər, gələndə isə düzgün və qalıcı həll təqdim etmirlər. Amma satanda vəziyyət tamam başqa idi vAllah. Biir məhsula 10 nəfər birdən tərif deyirdi, reklam edirdi, məsuliyyət hissi nümayiş etdirirdi. Satışdan sonra isə bu canfəşanlıqdan əsər-əlamət qalmayıb. 3 gündür qurumun mətbuat xidmətinə də müraciət etmişəm, cavab yoxdur. Bu gün bildirdilər ki, istirahətdədirlər. Ona görə mesajlarım cavabsız qalıb. Problem məhsulda da var, xidmətdə də. Servis problemi qəbul edir, amma həll etmir. Müştəri aylardır eyni əziyyəti çəkir. “Qızıl zəmanət” anlayışı bu qədər məsuliyyətsiz yanaşma üçün istifadə olunmamalıdır.

Bu, nə normal satış sonrası xidmətə, nə də müştəriyə hörmət anlayışına uyğundur. Problem ya köklü şəkildə həll edilməlidir, ya da məhsula görə məsuliyyət açıq şəkildə qəbul olunmalıdır. Baku Electronics niyə bəs? Bu qədər səhlənkarlıq olar? Vətəndaş nə etsin? Hər gün telefondan aslı qalmalıdır?".

Mia.az