"Rusiya qoşunları Kiyev düzgün qərarlar verənə qədər döyüşəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Moskvada jurnalistlərə açıqlamasında danışıb.
O, ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Əbu-Dabidə gözlənilən növbəti görüşlə bağlı bildirib ki, Moskvanın mövqeyi bəlli və konkretdir: "Bizim elan olunmuş şərtlərimiz var. Kiyev onları yerinə yetirməlidir. Biz bunu danışıqlarla həll etmək istəyirik. Kiyev rejimi isə səhv qərar verir. Onlar düzgün qərarlar verənə qədər döyüş dayanmayacaq".
Peskov əlavə edib ki, Ukrayna ən güclü müdafiə xətlərindən biri hesab edilən Donetsk bölgəsindəki müdafiə xəttindəki qoşunlarını geri çəkməlidir: "Bu da bizim tləb və şərtlərmizdən biridir."
Məlumayt üçün bildirək ki, BƏƏ-də keçirilən ikigünlük görüşdə Ukrayna ərazi itkisinə "hə" deməyib. Zelenski də həmin görüşdən sonra ərazi güzəşti olmayacağını təkrarlayıb. Yaxın günlərdə görüşün növbəti raundu da bu ölkədə başlayacaq.
Samir Musayev
MİA.AZ