Bu gün Ziraat Türkiyə Kuboku A qrupunun üçüncü turunda "Boluspor" "Alanyaspor"la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk hissə qolsuz başa çatsa da, ikinci hissə başlayan kimi Alaniya komandası təzyiqi artırıb.

47-ci dəqiqədə "Alanyaspor" İanis Haginin qolu ilə hesabı açıb.

Bu qoldan 7 dəqiqə sonra "Boluspor"un oyunçusu Erdem Dikbasan meydandan qovuluvb.

Azlıqda qalan komanda bundan sonra daha 3 qol buraxıb.

Beləliklə, "Alanyaspor" 4-0 hesabı ilə qalib gələrək, A qrupundakı xallarının sayını 7-yə çatdırıb.

"Alanyaspor"  martın 2-də A qrupunun son matçında "Qalatasaray"la oynayacaq. 1 xalla sahib olan "Boluspor" isə səfərdə "İstanbulspor"un qonağı olacaq.

Fərid

MİA.AZ