ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin görüş vaxtı açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Livitt  mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna nümayəndələri Rusiya-Ukrayna sülh müqaviləsi üzrə əlavə danışıqlar aparmaq üçün çərşənbə günü Əbu-Dabidə üçtərəfli formatda görüşü davam etdirəcək: "Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və Trampın kürəkəni, keçmiş baş müşaviri Cared Kuşnerin çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya və Ukrayna heyətləri ilə bir araya gələcək"

Lamiyə Əhmədli

MİA.AZ