ABŞ ordusu bu gün Oman körfəzində İran pilotsuz təyyarəsini vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran PUA ABŞ təyyarədaşıyan gəmisinə yaxınlaşıb. Lakin Amerika ordusu zaman gözləmədən dərhal həmin PUA-nı vuraraq zərərsizləşdirib.

Məlumatda deyilir ki, bununla yanaşı, İran İnqilab Keşikçilərinə (SEPAH) məxsus altı hücum qayığı Hörmüz boğazında ABŞ bayrağı altında üzən neft tankerini ələ keçirməyə çalışıb: "Ağır pulemyotlarla təchiz olunmuş altı İran hücum qayığı Hörmüz boğazında ABŞ bayrağı altında üzən, Danimarkaya məxsus M/T STENA IMPERATEVE neft tankerini ələ keçirməyə çalışıb. Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin sürətlə uzaqlaşan gəminin mühafizəsinə yetişərək, onu müşayiət altında Bəhreynə doğru yollanmasını təmin edib" 

İranın Fars Xəbər Agentliyi günortadan sonra mülki təyinatlı neft gəmisinin icazəsiz İran ərazi sularına girdiyini yazıb: "Həmin gəmi xəbərdarlıqdan sonra ərazi sularımızı sürətlə tərk edib. Bu zaman hər hansı bir insident baş verməyib".

ABŞ Mərkəzi Komandanlığının sözçüsü Tim Hokins bildirib ki, "USS Abraham Lincoln təyyarədaşıyan gəmisi Ərəbistan dənizində - İranın cənub sahillərindən təxminən 800 km məsafədə üzərkən İrana məxsus Şahed-139 pilotsuz təyyarəsi hücuma cəhd edib: ""Abraham Lincoln"dan olan F-35C qırıcı təyyarəsi özünümüdafiə və təyyarədaşıyan gəmini və onun heyətini qorumaq üçün İran pilotsuz təyyarəsini vurub".

Sözçü daha sonra İrana xəbərdarlıq edib: "Belə təhdidlərə səbrli yanaşmayacağıq"

Tahir Şəlvəli

MİA.AZ