"Temu" elektron ticarət platformasında sifarişlərin çatdırılmasında problem yaranıb.
Mia.az xəbər verir ki, bu barədə sosial mediada xeyli şikayət xarakterli paylaşımlar var.
Şikayətçilər yazır ki, iki həftədən çoxdur "Temu" sifarişləri çatdırılmır: "Sifarişlər gömrükdə qalıb, heç bir dəyişiklik yoxdur. Belə elektron ticarət olar?".
Şikayətçilər daha sonra "Temu"ya səslənərək pullarını geri tələb etməyə başlayıblar: "Zənglərə də cavab vermirsiniz, qaçırsınız, ey Temu rəhbərliyi. Heç olmasa, mesaj bölməsinə baxın, cavab verin. Əgər sifarişlərimizi vermir, çatdırmırlarsa, onda pulumuzu geri qaytarın!".
Bəzi şikayətçilər isə yazır ki, "temu" problemi Azərbaycan gömrüyünün üzərinə "yükləyir": "Temu"dan deyirlər ki, gömrükçülər malları qanunsuz buraxmırlar...".
Hüseyn Namazaov
MİA.AZ