İranın həndəvərinə böyük gəmilərdən ibarət donanma göndərdiyini təkrarlayan ABŞ Prezidenti Donald Tramp rəsmi Tehrana daha bir xəbərdarlıq edb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Oval Ofisdə açıqlama verib.

Tramp bildirib ki, hazırda İran rəsmiləri ilə danışıqlar davam edir: "Biz diplomatik prosesə açığıq. İranla razılığa gəlmək istərdim. Hazırda İranla danışıqlar aparırıq. Əgər razılığa gələ bilsək, bu, çox yaxşı olardı; əgər razılaşa biləsək, çox pis şeylər baş verəcək"

ABŞ lideri "çox pis şeylər baş verəcək" sözüylə nə demək istədiyinə isə izah verməyib: "Bunu Sizə deməyim axmaqlıq olardı".

Samir Musayev

MİA.AZ