"Fənərbağça"nın mərakeşli hücumçusu Yusif Ən-Nesiri klubdan ayrıla bilər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kərim Benzemanın Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasına keçmək istəyindən sonra "Əl İttihad" İstanbul klubunun hücumçu En-Nesiri radara alıb.

Xatırladaq ki, Yusif Ən-Nesiri ötən mövsüm "Fənərbağça"da 26 matçda 8 qol vurub, bir məhsuldar ötürmə edib.

Fərid ASLAN

MİA.AZ