Bu gün İranın Hörmüzqan və Xuzistan əyalətlərində iki güclü partlayış olub.
Mia.az xarici mətbuatıa istinadla bildirir ki, Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində və Xuzistan əyalətinin Əhvaz şəhərində hələlik səbəəbləri bəlli olmayan partlayışlar baş verib.
Məlumata görə, Bəndər Abbasda binadakı partlayışda 4 yaşlı qız ölüb, 14 nəfər yaralanıb: "Əhvazda şəhərin qaz şəbəkəsindəki sızma nəticəsində isə dörd mənzilli yaşayış kompleksində partlayışda eyni ailənin dörd üzvü həlak olub".
Bu arada bəzi beynəlxalq media qurumlarında partlayışların İran İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin komandiri general-mayor Əli Rza Tenqsiri ilə sui-qəsdlə əlaqələndirən xəbərlər var.
İran İnqilab Keşikçiləri Korpusu iddianı yalanlayıb: "Hörmüzqanda İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin qərargahına pilotsuz təyyarə hücumu baş verdiyi iddiaları yalandır. Qərargahdakı heç bir binaya zərər dəyməyib".
Tahir Şəlvəli
MİA.AZ