Ağdam rayonu, Mahrızlı kəndində ər arvadını baltalayıb.
Mia.az xəbər verir ki, kənd sakini Ceyhun Ağali oğlu Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salohovaya balta ilə çoxsaylı xəsarətlər yetirib.
Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.