"Avropa İttifaqının Rusiya təbii qazını tamamilə qadağan etməsi onlara daha çox zərər verəcək".

Mia.az xaric məbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin sualına cavabda deyib.

O, Avropa İttifaqının Rusiya təbii qazını tamamilə qadağan etmək planına belə şərh verib: "Bu, onların problemidir. Onlar daim qaz tədarükünün şaxələndirilməsi barədə danışırdılar, indi isə bizi deyil, əslində özlərini blokadaya salırlar. ABŞ qazı Rusiya qazından daha bahadır. Sözsüz ki, Avropa sənayesi bundan daha çox itirəcək".

Samir MUSAYEV

MİA.AZ