Azərbaycana müvafiq təsdiqedici sənəd əsasında təsdiq ediləcək siyahı üzrə (həmin siyahı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə təsdiq ediləcək) incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Mia.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılmış Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Müvafiq qanun layihəsinə əsasən, ƏDV-dən azadolma bu əşyaların idxalçılarının xərclərini optimallaşdıracaq, nəticədə bu sahədə idxalın yüksəlməsinə, mədəniyyət obyektlərinin, muzeylərin eksponatlarla zənginləşdirilməsinə, beynəlxalq mədəni inteqrasiyanın güclənməsinə, pul, antik əşya və incəsənət əsərləri kolleksiyaçılarının dəstəklənməsinə xidmət edəcək.
Bir sıra inkişaf etmiş ölkələrin təcrübəsində də bu cür əşyaların idxalından vergilərin tutulmaması praktikası mövcuddur(report).