Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə Nazirliyinin rəsmisi Nurlan Soltanov danışıb.

O bildirib ki, artıq nazirlikdə öz texniki dilində olsa da bir "data warehouse"un formalaşması ilə bağlı iş aparılır: "Məhz süni intellektin istifadə olunmasının əsas mahiyyəti datanın formalaşmasıdır. Düzgün data formalaşsa təbii ki, bundan istifadə imkanı yaradılacaq. Bu istiqamətdə artıq işlərə başlanıb, lazımi addımlar atılıb ki, bu infrastruktur formalaşsın".