Son günlər "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mansimovun Azərbaycan mediasında və sosial media seqmentində "vurulma" kampaniyasına start verilib.

Mia.az xəbər verir ki, kiçik, yəni, sırf jurnalist marağı istisna olmaqla,  onun "vurulma" kampaniyasında daha çox Türkiyədə fəaliyyət göstərən "HaberGlobal" TV-nin rəhbərlərinə yaxın şəxsləri ndaha fəal rola almaları diqqəti çəkir.

Məlumata görə, M.Mənsimova qarşı vaxt ilə biznes toqquşmasına görə "qurşaqdan aşağı" zərbə vuran SOCAR-ın sabiq vəzifəli şəxsləri Anar Əlizadə - Adnan Əhmədzadə (İkinci hazırsda hıbsdədir-Mia.az) tandemini  qalıqları hələ də "Palmali" sahibindən əl çəkmirlər: "Bu dəfə Mənsimovu Ekol TV- ilə əlaqələndirərək, guya haqqında cinayət işi açılması ilə Azərbaycan ictimai rəyində gözdən salmağa çalışırlar. Bu məqsədlə "Qlobalçı"lar Türkiyədəki qondarma media qurumlarının birində saxta xəbər dövriyəyə buraxaraq, bunun çox qısa zamanda Azərbaycanın media seqmentinə "transfer"inə nail olublar. Görünür, aradan illər keçsə də, mərli oyunlardan əl çəkməyiblər..."

Yeri gəlmişkən, İstanbulun Küçükçekmece Baş Prokurorluğu saxta xəbəri təkzib edən rəsmi açıqlama yayıb.

Bu barədə "Palmali"nin mətbuat katibi Fidan Quliyeva sosial media hesabında paylaşım edib:

"09.01.2026 tarixində bəzi media orqanlarında Mübariz Mənsimovun adının “Ekol TV” ilə bağlı çirkli pulların yuyulması iddiaları çərçivəsində hallandırılması həqiqətə uyğun deyil və yayılan məlumatlar tamamilə əsassızdır.

Qeyd olunan xəbərlərdə, Ekol TV üzərindən çirkli pulların yuyulması iddiası ilə başlanan istintaqda guya əsas şübhəli şəxs Veysel Şahinlə yanaşı Mübariz Mansimov, İdarə Heyətinin sədri Emrah Doğru, İdarə Heyətinin üzvü Arif Çetin və vəkil Ersan Şen də daxil olmaqla 12 nəfərin yer aldığı dosyenin səlahiyyətsizlik qərarı ilə İstanbul Respublika Baş Prokurorluğuna göndərildiyi iddia olunmuşdur.

Bildirilən bu məlumatlar reallığı əks etdirmir. Sözügedən iddialar həqiqətə uyğun deyil".

Samir Musayev

MİA.AZ