Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsində kadr dəyişiklikləri olub.

Bununla bağlı müvafiq əmrlər imzalanıb.

Belə ki, Aksiz markalarının satışı və tətbiqinə nəzarət şöbəsinin rəisi Fərid Hacıyev vəzifəsindən azad olunaraq Təhlil şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

İndiyədək Sənədlərlə iş şöbəsinin rəisi vəzifəsində çalışan və Vətəndaşların qəbuluna məsul şəxs olan Əşrəf Əliyev isə Markaların dövriyyəsinə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Təhlil və əlaqələndirmə şöbəsinin rəisi olmuş Elşən Əmrahov da Təqib və izləmə sisteminə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Vətəndaşların qəbuluna məsul şəxs vəzifəsinə isə Gülşən İslamova təyin edilib/Musavat.com.