Türkiyə və Azərbaycana aid media orqanlarında bu yaxınlarda fəaliyyəti dayandırılan Ekol TV ilə bağlı cinayət işinin başlandığı bildirilir.
Həmin xəbərlərdə diqqətçəkən məqamlardan biri Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun da bu araşdırmaya cəlb olunması barədə iddiadır.
Mia.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Mübariz Mənsimov məsələ ilə bağlı açıqlama verib:
“Ekol TV adlı televiziya kanalı və mənim adımla bağlı çap və vizual mediada yayılan bəzi xəbərlər həqiqətə uyğun deyil. Mənim yuxarıda adıçəkilən televiziya kanalı ilə heç bir əlaqəm yoxdur. Keçmişdə də oxşar böhtan xarakterli iddialar və xəbər reportajları edilib. Mənim nüfuzuma xələl gətirməyə yönəlmiş bu iddiaları qətiyyətlə pisləyirəm. Bu məlumatı ictimaiyyətə hörmətlə təqdim edirəm”.