ABŞ prezidenti Donald Trampın Rusiya neftinin ucuz alınmasına qarşı sanksiyalar layihəsini təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə senator Lindsi Qrem açıqlama verib.

O, Trampla görüşdən sonra deyib: "Cənab Trampla çox məhsuldar görüşdən sonra senator Blumenthal və bir çox başqaları ilə aylardır üzərində işlədiyim Rusiya qarşı ikimərhələli sanksiyalar haqqında qanun layihəsini təsdiqləndi. Bu qanun layihəsi Trampa ucuz Rusiya nefti alan ölkələri cəzalandırmaq imkanı verəcək".

Qanun layihəsinin Ukraynanın "sülh üçün güzəştə getdiyi" dövrə təsadüf etdiyini qeyd edən senator sonda maraqlı ifadə işlədib: "İndi sanksiyalar üçün vaxt çox uyğundur. Bu qanun layihəsi Prezident Trampa Çin, Hindistan və Braziliya kimi ölkələrə qarşı böyük təsir gücü verəcək və onları Rusiya-Ukrayna müharibəsi zamanı Moskvanı maliyyələşdirən ucuz Rusiya neftini almağı dayandırmağa təşviq edəcək."

ABŞ mediası bildirib ki, qanun layihəsinin gələn həftə Senatda səsverməyə çıxarılması gözlənilir.

Samir MUSAYEV

MİA.AZ