Böyük Britaniya hökuməti insanları narkotik kimi özünə "balayan" içki və yeməklərin reklamını məhdudlaşdırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniya hökuməti insanların sağlamlığına, düzgün bədən quruluşuna və inkişafa mənfi təsir göstərən 13-dən çox içki və "ayaqüstü yeməklər"ə qarşı mübarizəyə başlayıb.
Məlumata görə, yeni qərara əsasən, bundan sonra sağlamlıq bəxş etməyən qida və içkilərin reklamları səhər saat 5:30-dan axşam saat 21.00-dək televiziyada qadağan ediləcək: "Bu qadağa onlayn platformalarda isə daimi, yəni, günün bütün saatlarında tətbiq olunacaq. Qadağa əsasən, qazlı içkilər, şokolad, şirniyyat məhsulları, pizza, tortlar, dondurma, eləcə də bəzi səhər yeməyi - dənli bitkiləri, yulaf əzməsi, sendviçlər, şəkərli çörək məhsulları və müxtəlif qatqıların olduğu yoqurtlar, həmçinin doymuş yağ, duz məhsulların reklamı qadağan ediləcək".
Xəbərdə deyilir ki, qadağanı pozanlara qarşı cərimələrə nəzərdə tutulub.
Hüseyn Namazov
MİA.AZ