Bu il Azərbaycanda bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün dövlət büdcəsində 100,1 milyon manat subsidiya nəzərdə tutulub.

Mia.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ötən illə müqayisədə 5,3 % çoxdur.

2026-cı ildə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı 38,3 milyon manat proqnozlaşdırılıb.