Nigeriyanın şimal-şərqindəki Yobe əyalətində mülki şəxsləri daşıyan qayıq batıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nigeriya hökumətindən açıqlama verilib.

Qeyd edilib ki, dünən axşam saatlarında Yobedən Jigava əyalətinə sərnişin daşıyan qayıq Nquru bölgəsində çayda suya qərq olub: "Nəticədə 25 nəfər boğularaq ölüb, 13 nəfər xilas edilib, 14 nəfər isə axıntıya qapılaraq yoxa çıxıb. Hazırda itkin düşənlərin cəsədləri axtarılır"

Lamiyə Əhmədli

MİA.AZ