Türkiyədə alkoqol və siqaret reklamlarlı kimi, idman mərc oyunlarına da qadağa tətbiq edilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda bu cür qayda pozuntlaırna qarşı geniş tədbirlərlə yanaşı, yeni qanun hazırlanır.

Məlumata görə, üç nazirlik - Ədliyyə, Daxili İşlər, Ailə və Sosial Xidmətlər nazirlikləri bu məsələ ilə bağlı hüquqi qaydaları razılaşdırıblar:  gündəmdə olacaq: "Yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi planlaşdırılan qanun layihəsi ilə "mərc" reklamları qadağan ediləcək. Beləliklə, spirtli içki və siqaret reklamı qadağası mərc oyunlarına da tətbiq olunacaq. Bundan əlavə, 15-18 yaşlı uşaqların mərc oyunlarına çıxışının qarşısını almaq üçün qaydalar da hazırlanıb".

Firudin Səfərli

MİA.AZ