İsrail ordusu Suriyanın Quneytra bölgəsində daha bir post qurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.
Bildirilib ki, ötən ay tanklarla sərhəd bölgələrinə girən və burada 3 post yaradan İsrail hərbçiləri bu gün də Quneytra bölgəsində ərəblərin yaşadığı kənd ərazisinə gedən yolda nəzarət məntəqəsi qurub.
Məlumata görə, postda dayanan hərbçilər kəndə girib-çıxın hər kəsi, o cümlədən maşınları ciddə yoxlanışdan keçirir: "Məsələn, bu gün Cəbətə əl-Kəşab şəhəri ilə Ayn əl-Bayda arasındakı yolda 5 hərbi texnika ilə post yaradan israilli hərbçilər 20-dən çox maşını yoxlayıb. Onlar açıq şəkildə deyiblər ki, belə yoxlamalar daimi xarakter alacaq..."
Dəməşq rəhbərliyi isə bəyanat yayaraq, İsrailin ölkə ərazisinə daxil olması və mülki əhalini yoxlamalarını beynəlxalq hüququn kobud formada tapdanması sayıb.
Tahir Şəlvəli
MİA.AZ